Tramp özünün kabinetini və Ağ Ev komandasını formalaşdırmağa başlayır

Tramp özünün kabinetini və Ağ Ev komandasını formalaşdırmağa başlayır Yeni prezidentin katibi və müşaviri vəzifələrinə namizədlər onun yaxın ətrafındakılardır
Digər ölkələr
10 Noyabr , 2016 00:15
Tramp özünün kabinetini və Ağ Ev komandasını formalaşdırmağa başlayır

Bakı. 10 noyabr. REPORT.AZ/ ABŞ-da keçirilmiş prezident seçkilərində Respublikaçılar Partiyasından qalib olmuş Donald Tramp hökumət kabinetini və Ağ Ev komandasını formalaşdırmağa başlayır.

"Report" xəbər verir ki, bu barədə "NYT" Trampın köməkçisinə istinadən xəbər yayıb.

Məlumata görə, Trampın katibi və müşaviri vəzifələrinə namizədlər əsasən onun yaxın ətrafındakı şəxslərdir. Bunlar Alabama ştatının senatoru, siyasi məsələlər üzrə müşavir Cef Sessions, biznesmen Stiven Muçin, Nyu-Yorkun keçmiş meri Rudolf Culian, Nyu-Yorkun qubernatoru Kris Kristi və Nümayəndələr Palatasının keçmiş spikeri Nyut Qinqriç və digərləridir. 

Son xəbərlər

Orphus sistemi