Yuxarı

Tramp ölkədə dövlət çevrilişinə cəhddən sonrakı addımlarına görə Ərdoğanı yüksək qiymətləndirib

Vəziyyəti kökündən dəyişə bildiyinə görə, onun addımlarını yüksək qiymətləndirirəm

Bakı. 21 iyul. REPORT.AZ/ Respublikaçılar Partiyasından ABŞ prezidentliyinə namizəd olan Donald Tramp Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğanı ölkədə dövlət çevrilişinə cəhddən sonrakı addımlarına görə alqışlayıb.

"Report" xəbər verir ki, bu barədə D.Tramp "The New York Times" nəşrinə müsahibəsində bildirib.

"Vəziyyəti kökündən dəyişə bildiyinə görə, onun addımlarını yüksək qiymətləndirirəm. Bəziləri bunun bir oyun olduğunu söyləyir, amma mən belə düşünmürəm", - deyə D.Tramp vurğulayıb.

Qeyd edək ki, iyulun 16-na keçən gecə Türkiyədə hərbçilər dövlət çevrilişinə cəhd edib. Hadisə nəticəsində 246 günahsız insan həyatını itirib, 1536 nəfər yaralanıb.

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Xəbər lenti

Bütün xəbərlər


Orphus sistemi