Tramp Obamanın çıxışını dinləyərkən yuxuya getdiyini bildirib

Tramp Obamanın çıxışını dinləyərkən yuxuya getdiyini bildirib Bakı. 8 sentyabr. REPORT.AZ/ ABŞ prezidenti Donald Tramp ölkənin sabiq lideri Barak Obamanın İllinoys Universitetində hazırkı administrasiyanın siyasətini tənqid etiyi nitqinə cavab verib.
Digər ölkələr
8 Sentyabr , 2018 04:39
Tramp Obamanın çıxışını dinləyərkən yuxuya getdiyini bildirib

Bakı. 8 sentyabr. REPORT.AZ/ ABŞ prezidenti Donald Tramp ölkənin sabiq lideri Barak Obamanın İllinoys Universitetində hazırkı administrasiyanın siyasətini tənqid etiyi nitqinə cavab verib.

“Report” TASS-a istinadən xəbər verir ki, cümə günü Şimali Dakota ştatının Farqo şəhərində tərəfdarları qarşısında çıxış edən D.Tramp sabiq prezidentin nitqini dinləyərkən yuxuya getdiyini bildirib.

"Üzr istəyirəm. Mən onu [Obamanın çıxışını] izlədim, amma yuxuya getdim. O, çox yaxşıdır – yatmaq üçün çox yaxşıdır", - deyə hazırkı prezident bildirib.

"Obamaya bunu demək istərdim: əgər iki il bundan öncə noyabrda [2016-cı ilin prezident seçkiləri zamanı] demokratlar öz proqramları ilə qalib gəlsəydilər, hazırda [ABŞ-ın ümumdaxili məhsulu üzrə artım] 4,2 faiz əvəzinə, sizə düzünü deyəcəyəm, 4,2 faiz eniş olacaqdı", - deyə D.Tramp əlavə edib.

Son xəbərlər

Orphus sistemi