Tramp: "Obama KXDR ilə müharibəyə çox yaxın idi"

Tramp: "Obama KXDR ilə müharibəyə çox yaxın idi" "Münaqişə olacağı təqdirdə 50 milyondan çox insan ölə bilərdi"
Digər ölkələr
6 İyul , 2018 05:35
Tramp: Obama KXDR ilə müharibəyə çox yaxın idi

Bakı. 6 iyul. REPORT.AZ/ Amerika lideri Donald Tramp jurnalistlərlə söhbətində bildirib ki, sabiq prezident Barak Obama KXDR ilə müharibəyə yaxın olub.

“Report” xəbər verir ki, onun fikrincə, münaqişə olacağı təqdirdə 50 milyondan çox insan ölə bilərdi.

Ağ ev rəhbərinin sözlərinə görə, Tramp dövlət başçısı olan zaman KXDR-də miqyaslı şəkildə raket sınaqları həyata keçirilirdi.

"Keçmiş prezident Obamadan soruşa bilərsiniz, o, KXDR ilə müharibəyə çox yaxın idi. Belə olacağı halda 50 milyondan çox adam itirə bilərdi", - deyə Donald Tramp bildirib.

Son xəbərlər

Orphus sistemi