Bakı. 8 dekabr. REPORT.AZ/ ABŞ-ın yeni seçilmiş prezidenti Donald Tramp Ətraf Mühitin Mühafizəsi Agentliyinin rəhbəri postuna Oklahoma ştatının baş prokuroru Skott Pryuittin namizədliyini irəli sürəcək.
"Report" "Reuters"ə istinadən xəbər verir ki, o, Barak Obamanın iqlim dəyişikliyi məsələsində planlarının əleyhdarı kimi tanınır.
Trampın seçimi artıq ekoloji fəalların hiddətinə səbəb olub.