Bakı. 2 noyabr. REPORT.AZ/ Çinin Xarici İşlər Nazirliyi ABŞ prezidenti Donald Trampın bu ölkəyə ilk rəsmi səfərinin noyabrın 8-dən 10-dək davam edəcəyini bildirib.
"Report" xəbər verir ki, bununla bağlı nazirliyin rəsmi nümayəndəsi Lu Kananın bəyanatında bildirillir.
"Prezident Tramp ÇXR sədri Si Çzinpinin dəvəti ilə noyabrın 8-dən 10-dək Çinə səfər edəcək", - deyə nazirliyin rəsmi nümayəndəsi bildirib.
Qeyd edilir ki, iki ölkə liderinin görüşündə ikitərəfli münasibətlərə, həmçinin əsas beynəlxalq problemlərə dair məsələlər ətrafında fikir mübadiləsi aparılacaq.