Tramp noyabrın 11-də Fransaya səfər edəcək

Tramp noyabrın 11-də Fransaya səfər edəcək Bakı. 1 sentyabr. REPORT.AZ/ ABŞ prezidenti Donald Tramp Birinci Dünya Müharibəsinin başa çatmasının 100 illiyi münasibətilə noyabrın 11-də Parisə səfər edəcək.
Digər ölkələr
1 Sentyabr , 2018 01:52
Tramp noyabrın 11-də Fransaya səfər edəcək

Bakı. 1 sentyabr. REPORT.AZ/ ABŞ prezidenti Donald Tramp Birinci Dünya Müharibəsinin başa çatmasının 100 illiyi münasibətilə noyabrın 11-də Parisə səfər edəcək.

"Report" "RT"-ə istinadən xəbər verir ki, bu barədə Ağ Evin mətbuat xidmətindən bildirilib.

Qeyd edilir ki, dövlət başçısı noyabrda həmçinin G20 sammitində iştirak üçün Argentinaya da gedəcək.

"G20 sammiti prezidentə beynəlxalq aləmdə iqtisadi artımın möhkəmləndirilməsinə dair siyasətini göstərmək, eləcə də dünyanın aparıcı ölkələrinin digər liderləri ilə ikitərəfli görüşlər keçirmək üçün imkan olacaq", - deyə Ağ Evdə əlavə ediblər.

Son xəbərlər

Orphus sistemi