Tramp nizamasalma sisteminin islahatı üzrə məsləhətçi postuna Karl İkanı seçib

Tramp nizamasalma sisteminin islahatı üzrə məsləhətçi postuna Karl İkanı seçib Öz növbəsində İkan da artıq Trampın təklifinə razılığını verib
Digər ölkələr
22 Dekabr , 2016 06:37
Tramp nizamasalma sisteminin islahatı üzrə məsləhətçi postuna Karl İkanı seçib

Bakı. 22 dekabr. REPORT.AZ/ ABŞ-ın yeni seçilmiş dövlət başçısı Donald Tramp prezidentin nizamasalma sisteminin islahatları üzrə xüsusi məsləhətçisi postuna milyarder Karl İkanın namizədliyini irəli sürüb.

"Report" "Qazeta.ru"ya istinadən xəbər verir ki, bu barədə respublikaçı prezidentin keçid qərargahı bildirir.

Qeyd edilir ki, bu post hökumətdə formal iştirak etməyəcək. Beləliklə İkan öz biznesini saxlaya biləcək.

Öz növbəsində İkan da artıq Trampın təklifinə öz razılığını verib.

Son xəbərlər

Orphus sistemi