Tramp ABŞ neftinin qiymətini şərh etdi

Tramp ABŞ neftinin qiymətini şərh etdi ABŞ prezidenti Donald Tramp neftin hazırkı qiymətinə münasibət bildirib.
Digər ölkələr
21 Aprel , 2020 02:22
Tramp ABŞ neftinin qiymətini şərh etdi

ABŞ prezidenti Donald Tramp neftin hazırkı qiymətinə münasibət bildirib.

Bu barədə “Report” RİA “Novosti”yə istinadən xəbər verir.

Ağ Ev rəhbəri qeyd edib ki, neftin hazırkı qiyməti "çox maraqlı"dır. Bu qiymət ABŞ-ın “qara qızıl” ehtiyatlarını tamamilə doldurmağa imkan verəcək.

O, ehtiyatlara 75 milyon barelə qədər neft əlavə etmək niyyətini bildirib.

"Biz neftin rekord dərəcədə aşağı qiymətlərinə əsaslanaraq, milli ehtiyatlarımızı, strateji rezervlərimizi doldururuq və ehtiyatlarımıza 75 milyon barelə qədər əlavə etməyə ümid edirik. Və bu, uzun müddət ərzində ilk dəfə baş verəcək”, - Tramp jurnalistlərə deyib.

Bazar ertəsi Nyu-Yorkun "Nymex" əmtəə birjasında WTI markalı ABŞ neftinin may fyuçers qiymətləri mənfiyə düşüb. 

Son xəbərlər

Orphus sistemi