Tramp NATO-nun mayın 25-də keçiriləcək sammitində iştirak edəcək

Tramp NATO-nun mayın 25-də keçiriləcək sammitində iştirak edəcək Sammit Brüsseldə olacaq
Digər ölkələr
22 Mart , 2017 07:25
Tramp NATO-nun mayın 25-də keçiriləcək sammitində iştirak edəcək

Bakı. 22 mart. REPORT.AZ/ ABŞ prezidenti Donald Tramp NATO-nun mayın 25-də Brüssel şəhərində keçiriləcək sammitində iştirak edəcək.

"Report" xəbər verir ki, bu barədə çərşənbə axşamı Ağ evin mətbuat xidməti məlumat yayıb.

"Prezident bizim NATO-ya olan möhkəm bağlılığımızı sübut etmək, qurum üçün vacib olan mühüm məsələləri, xüsusilə də terrorçuluqla mübarizədə NATO-nun rolu və müttəfiqlər arasında məsuliyyətin bölüşdürülməsini müzakirə etmək üçün alyansdan olan müttəfiqlər ilə görüşü səbrsizliklə gözləyir", — deyə bəyanatda bildirilir.

Son xəbərlər

Orphus sistemi