Tramp müvəqqəti büdcəni imzalayıb

Tramp müvəqqəti büdcəni imzalayıb Bakı. 23 yanvar. REPORT.AZ/ ABŞ prezidenti Donald Tramp Konqressin hər iki palatası tərəfindən qəbul edilmiş, 8 fevrala qədər fəaliyyət göstərəcək federal hokumətin maliyyələşdirilməsini uzadan müvəqqəti büdcəni imzalayıb.
Digər ölkələr
23 yanvar 2018 02:15
Tramp müvəqqəti büdcəni imzalayıb

Bakı. 23 yanvar. REPORT.AZ/ ABŞ prezidenti Donald Tramp Konqressin hər iki palatası tərəfindən qəbul edilmiş, 8 fevrala qədər fəaliyyət göstərəcək federal hokumətin maliyyələşdirilməsini uzadan müvəqqəti büdcəni imzalayıb.

"Report" xarici mətbuata istinadən xəbər verir ki, bu barədə Ağ Ev bildirib.

Beləliklə, Tramp federal hokumətin işində yaranmış üçgünlük pauzaya son qoyub. Daha əvvəl Senat 81 səslə 18 səsə qarşı müvəqqəti büdcəyə səs verib. Amma Nümayəndələr Palatası 150 səsə qarşı 266 səslə qanun layihəsini dəstəkləyib.

2017-ci ilin 1 oktyabr maliyyə ilinin əvvəlindən artıq dördüncü dəfədir ki, müvəqqəti büdcə qəbul olunur. Respublikaçılar və Demokratlar Konqresdə uzun müddətli büdcə müzakirəsi fonunda fikir ayrılığı fonunda əsasən immiqrasiya ilə bağlı razılığa gələ bilmirlər.

Son xəbərlər

Orphus sistemi