Tramp miqrant uşaqların ölümündə demokratları məsuliyyətli bilib

Tramp miqrant uşaqların ölümündə demokratları məsuliyyətli bilib Bakı. 30 dekabr. REPORT.AZ/ ABŞ prezidenti Donald Tramp bildirib ki, Meksika ilə sərhəddə saxlanılmış miqrant uşaqları və ya digərlərinin ölümünə görə məsuliyyət Demokratlar Partiyası üzvlərinin üzərinə düşür.
Digər ölkələr
30 Dekabr , 2018 04:44
Tramp miqrant uşaqların ölümündə demokratları məsuliyyətli bilib

Bakı. 30 dekabr. REPORT.AZ/ ABŞ prezidenti Donald Tramp bildirib ki, Meksika ilə sərhəddə saxlanılmış miqrant uşaqları və ya digərlərinin ölümünə görə məsuliyyət Demokratlar Partiyası üzvlərinin üzərinə düşür.

“Report” xəbər verir ki, o bunu "Twitter" mikrobloqunda yazıb.

"Sərhəddə istənilən uşağın və ya başqasının ölümü yalnız demokratların və onların insanların ölkəmizə qanunsuz gələ biləcəklərini düşməsinə əsas verən rəzil immiqrasiya siyasətinin günahıdır", - deyə prezident bildirib.

O əlavə edib ki, əgər ABŞ sərhədində divar olsaydı, heç miqrantlar da ölkəyə keçməyə "cəhd göstərməzdilər".

Daha əvvəl Meksika Prezidenti qanunsuz miqrant axınına imkan verməyəcəklərini bəyan edib.

Son xəbərlər

Orphus sistemi