Tramp Milli Qvardiyanı koronavirusla mübarizəyə cəlb etdi

Tramp Milli Qvardiyanı koronavirusla mübarizəyə cəlb etdi ABŞ prezidenti Donald Tramp üç ştatda - Nyu-York, Kaliforniya və Vaşinqtonda koronavirusla mübarizədə kömək üçün Milli Qvardiyanı cəlb etməyə icazə verib.
Digər ölkələr
642
23 Mart , 2020 02:35
Tramp Milli Qvardiyanı koronavirusla mübarizəyə cəlb etdi

ABŞ prezidenti Donald Tramp üç ştatda - Nyu-York, Kaliforniya və Vaşinqtonda koronavirusla mübarizədə kömək üçün Milli Qvardiyanı cəlb etməyə icazə verib.

"Report" xəbər verir ki, bu barədə RİA "Novosti" məlumat yayıb.

"Onlar (yerli hakimiyyət red.) xərclər haqqında narahat olmamalıdırlar", - ABŞ rəhbəri Ağ Evdə keçirdiyi brifinqdə deyib.

Onun sözlərinə görə, ştatlar Milli Qvardiyanın istifadəsi xərclərinin 25%-ini ödəməli olmayacaq - bununla federal hökumət məşğul olacaq.

Ümumdünya Səhiyyə Təşkilatı martın 11-də COVID-19-u pandemiya elan edib. Dünyada COVID-19 infeksiyasına yoluxanların sayı 292 142 nəfərə çatıb, 12,7 min nəfər koronavirusun qurbanı olub.

Son xəbərlər

Orphus sistemi