Tramp Merkel ilə əl verməmək söhbətinə yenidən aydınlıq gətirib - VİDEO

Tramp Merkel ilə əl verməmək söhbətinə yenidən aydınlıq gətirib - VİDEO ABŞ prezidenti ona qədər kanslerin əlini 4 dəfə sıxdığını bildirib
Digər ölkələr
23 Aprel , 2017 01:41
Tramp Merkel ilə əl verməmək söhbətinə yenidən aydınlıq gətirib - VİDEO

Bakı. 23 aprel. REPORT.AZ/ Amerika prezidenti Donald Tramp Almaniya kansleri Angela Merkel ilə əl verməmək söhbətinə yenidən aydınlıq gətirib.

“Report” “Associated Press”ə istinadən xəbər verir ki, Ağ ev rəhbəri jurnalistlərin “onun əlini sıxın” deməsini eşitmədiyini bildirib.

"Onda sanki kimsə qışqırdı: "Onun əlini sıxın", lakin mən eşitmədim. Bilirsiniz, biz bir yerdə kifayət qədər çox olduq və mən artıq 4 dəfə onun əlini sıxmışdım", - deyə Amerika lideri bildirib.

Hadisə martın 17-də Ağ evdə baş verib.

Son xəbərlər

Orphus sistemi