Tramp: "Mənim nüvə düyməm sənin nüvə düyməndən böyükdür"

Tramp: "Mənim nüvə düyməm sənin nüvə düyməndən böyükdür" "Mənimdə "nüvə düyməm" daha böyük, daha qüdrətlidir və o işləyir!"
Digər ölkələr
3 Yanvar , 2018 05:26
Tramp: Mənim nüvə düyməm sənin nüvə düyməndən böyükdür

Bakı. 3 yanvar. REPORT.AZ/ ABŞ prezidenti Donald Tramp Şimali Koreya lideri Kim Çen Inın "nüvə düyməsi" ilə bağlı bəyanatına cavab verib.

"Report" xəbər verir ki, bu barədə RİA "Novosti" məlumat yayıb.

"Şimali Koreya lideri bəyan edib ki, onun "nüvə düyməsi" daima masasının üzərindədir. Acından ölən, zəifləmiş rejimindən kimsə, zəhmət olmasa, ona məlumat versin ki, mənim də "nüvə düyməm" var və onunkundan daha böyük və daha qüdrətlidir. Və o işləyir!", - deyə, D.Tramp özünün Twitter hesabında yazıb.

Qeyd edək ki, Yeni il bayramı ilə əlaqədar xalqı qarşısında çıxış edən Şimali Koreya lideri bəyan edib ki, nüvə raketlərini işə salacaq düyməni hazır saxlayıb. O bildirib ki, ABŞ onun ölkəsini təhdid edəcəyi halda,  o masasının üzərində olan "nüvə düyməsini" basa bilər. 

Son xəbərlər

Orphus sistemi