Bakı. 27 yanvar. REPORT.AZ/ ABŞ prezidenti Donald Tramp meksikalı həmkarı Enrike Nyeto ilə "olduqca yaxşı" telefon danışığı apardığını bildirib.
"Report" "Reuters"ə istinadən xəbər verir ki, Amerika liderinin sözlərinə görə, onlar münasibətlərin yaxşılaşdırılması üzərində işləməyə razılıq veriblər.
"Bizim aramızda çox yaxşı söhbət oldu. Mən Meksika ilə bağlı çox möhkəm mövqe tutdum. Mənim Meksikaya qarşı böyük hörmətim var...Lakin, bildiyiniz kimi, Meksika bizimlə danışıqlar zamanı ABŞ-ı yıxmağı bacardı və onlar əvvəlki liderlərimiz sayəsində bizi yarımcan olana qədər döydülər. Onlar bizi axmaq kimi görünməyə vadar etdilər", — deyə Tramp Ağ evdə keçirdiyi mətbuat konfransında bildirib.
Nyeto və Tramp arasında 1 saata yaxın davam edən telefon söhbəti Vaşinqton və Mexiko arasında ABŞ və Meksika sərhədində səddin inşasının maliyyələşdirilməsi ilə bağlı yaranan mübahisə fonunda baş tutub.