ABŞ prezidenti Donald Tramp bildirib ki, əgər Konqreslə və Meksika hakimiyyəti ilə razılığa gələ bilməsə Meksika ilə sərhədləri bağlayacaq.
"Report"un məlumatına görə, bu barədə "The Hill" qəzeti xəbər verib.
Trampın sözlərinə görə, Meksika Birləşmiş Ştatlar ərazisinə keçməyə cəhd göstərən vətəndaşlarına qarşı daha sərt tədbirlər həyata keçirməlidir.
"Əgər Konqreslə məsələ ilə bağlı razılıq əldə olunmasa, o zaman sərhədlər 100 faiz bağlanacaq- deyə Ağ ev rəhbəri qeyd edib.
Meksika hökuməti isə Trampın fikirlərinə dərhal reaksiya verərək bildirilib ki, kim onların ərazısındən ABŞ-keçmək istəyirsə buna mane olunmayacaq.