Tramp məhkum olunsa belə, prezidentlik yarışında iştirakını davam etdirmək niyyətindədir

Tramp məhkum olunsa belə, prezidentlik yarışında iştirakını davam etdirmək niyyətindədir ABŞ-ın keçmiş prezidenti Donald Tramp məxfi sənədlərin düzgün saxlanmaması ilə bağlı təqsirli bilinsə belə, ölkədə ən yüksək dövlət postu uğrunda mübarizədə iştirakdan imtina etmək niyyətində deyil.
Digər ölkələr
11 İyun , 2023 05:20
Tramp məhkum olunsa belə, prezidentlik yarışında iştirakını davam etdirmək niyyətindədir

ABŞ-ın keçmiş prezidenti Donald Tramp məxfi sənədlərin düzgün saxlanmaması ilə bağlı təqsirli bilinsə belə, ölkədə ən yüksək dövlət postu uğrunda mübarizədə iştirakdan imtina etmək niyyətində deyil.

“Report” xəbər verir ki, bu barədə Tramp “Politico” qəzetinə müsahibəsində bildirib.

“Mən heç vaxt mübarizədən əl çəkməyəcəyəm. Baxın, getsəydim, 2016-cı ildə keçiriləcək ilk prezidentlik yarışından əvvəl çıxıb gedərdim. Bu çətin idi. Nəzəri cəhətdən bu, mümkün deyildi”, - Tramp əlavə edib.

Nəşrin yazdığına görə, respublikaçıya qarşı irəli sürülən ittihamlar onun yarışda iştirakını davam etdirməsini mümkünsüz etmir.

Son xəbərlər

Orphus sistemi