Tramp Makronu prezident seçkilərində qələbə qazanması münasibətilə təbrik edib

Tramp Makronu prezident seçkilərində qələbə qazanması münasibətilə təbrik edib Ağ Evin rəhbəri: "Mən onunla işləmək imkanlarını səbirsizliklə gözləyirəm!"
Digər ölkələr
7 May , 2017 23:33
Tramp Makronu prezident seçkilərində qələbə qazanması münasibətilə təbrik edib
Toronto Star

Bakı. 7 may. REPORT.AZ/ ABŞ prezidenti Donald Tramp Emmanuel Makronu Fransada keçirilmiş prezident seçkilərində qələbə qazanması münasibətilə təbrik edib.

"Report"un "TASS"a istinadən məlumatına görə, bu barədə Ağ Evin rəhbəri "Twitter"də yazıb. 

Emmanuel Makronu Fransadakı bu günkü prezidenti seçkilərində böyük qələbə münasibətilə təbrik edirəm. Mən onunla işləmək imkanlarını səbirsizliklə gözləyirəm!" – deyə Ağ Evin başçısı öz "Twitter" hesabında yazıb.

Qeyd edək ki, Makronu bundan əvvəl Fransa prezidenti Fransua Olland, Böyük Britaniyanın baş naziri Tereza Mey, AFR-ın xarici işlər naziri Ziqmar Qabriyel, Avropa Parlamentinin rəhbəri Antonio Tayani, Avropa Şurasının sədri Donald Tusk, Belçikanın baş naziri Jan-Klod Yunker və Avropa Komissiyasının başçısı Şarl Mişel təbrik ediblər.

Son xəbərlər

Orphus sistemi