Tramp Makronla ABŞ qoşunlarının Suriyadan çıxarılmasını müzakirə edib

Tramp Makronla ABŞ qoşunlarının Suriyadan çıxarılmasını müzakirə edib Bakı. 8 yanvar. REPORT.AZ/ ABŞ prezidenti Donald Tramp fransalı həmkarı Emmanüel Makron ilə söhbət zamanı ABŞ qoşunlarının Suriyadan çıxarılması planını müzakirə edib.
Digər ölkələr
8 yanvar 2019 02:59
Tramp Makronla ABŞ qoşunlarının Suriyadan çıxarılmasını müzakirə edib

Bakı. 8 yanvar. REPORT.AZ/ ABŞ prezidenti Donald Tramp fransalı həmkarı Emmanüel Makron ilə söhbət zamanı ABŞ qoşunlarının Suriyadan çıxarılması planını müzakirə edib.

“Report” TASS-a istinadən xəbər verir ki, bu barədə çərşənbə axşamı Ağ evə istinadən "Reuters" məlumat yayıb.

"İki ölkə lideri İŞİD terror təşkilatının məhv edilməsinə ümumən sadiq olduqlarını təsdiq edərək, Suriyadakı vəziyyəti, həmçinin ABŞ qoşunlarının Suriyadan qətiyyətli, məqsədyönlü və əlaqələndirilmiş çıxarılma planını müzakirə ediblər", - deyə məlumatda bildirilir.

Qeyd olunur ki, həmsöhbətlər eləcə də qeyd ediblər ki, Suriyada istənilən kimyəvi silahdan yeni istifadə halı yolverilməzdir.

Son xəbərlər

Orphus sistemi