Tramp Londondakı terror aktı ilə əlaqədar Consona başsağlığı verib

Tramp Londondakı terror aktı ilə əlaqədar Consona başsağlığı verib ABŞ prezidenti Donald Tramp Londonda törədilmiş terror aktı ilə əlaqədar Böyük Britaniyanın baş naziri Boris Consona başsağlığı verib.
Digər ölkələr
1 Dekabr , 2019 11:27
Tramp Londondakı terror aktı ilə əlaqədar Consona başsağlığı verib

ABŞ prezidenti Donald Tramp Londonda törədilmiş terror aktı ilə əlaqədar Böyük Britaniyanın baş naziri Boris Consona başsağlığı verib.

"Report" xəbər verir ki, bu barədə Ağ Evin bəyanatında bildirilir.

"Prezident Londonda terror hücumu ilə əlaqədar başsağlığını ifadə edib", - ABŞ liderinin administrasiyasından bildirilib.

Qeyd edilir ki, iki lider Londonda, dekabrın 3-4-də NATO sammitində təkbətək görüşəcək.

Xatırladaq ki, London körpüsündə baş verən terror aktında yaralanan iki nəfər ölüb. 

Son xəbərlər

Orphus sistemi