Donald Tramp London merini uğursuz adlandırıb

Donald Tramp London merini uğursuz adlandırıb ABŞ Prezidenti Donald Tramp dəfələrlə onu tənqid edən London meri Sadiq Xanı uğursuz adlandırıb.
Digər ölkələr
3 İyun , 2019 15:42
Donald Tramp London merini uğursuz adlandırıb

ABŞ Prezidenti Donald Tramp dəfələrlə onu tənqid edən London meri Sadiq Xanı uğursuz adlandırıb.

"Report" xəbər verir ki, bu barədə D.Tramp "Twitter" səhifəsində yazıb.

"London meri vəzifəsində hər baxımdan pis işləyən Sadiq Xan Birləşmiş Krallığın, heç şübhəsiz, ən vacib tərəfdaşı olan Birləşmiş Ştatların səfərdə olan prezidentinə qarşı axmaqcasına heç də xoş olmayan rəftar nümayiş etdirib. O, uğursuzdur. Diqqətini mənə ayırmaqdansa, qoy Londondakı cinayətlərə fikir versin", - D.Tramp yazıb.

Eyni zamanda ABŞ prezidenti Sadiq Xanın ona başqa bir tənqidçisini - Nyu-York meri Bill de Blazionu xatırlatdığını, sadəcə, Xanın müqayisədə bəstəboy olmasının fərqlilik yaratdığını bildirib.

Son xəbərlər

Orphus sistemi