Bakı. 19 aprel. REPORT.AZ/ Birləşmiş Ştatlar Şimali Koreya ilə münasibətlərdə əhəmiyyətli irəliləyişlərə nail olub.
“Report” xəbər verir ki, bunu ABŞ prezidenti Donald Tramp Yaponiyanın baş naziri Sindzo Abe ilə birgə mətbuat konfransında deyib.
"Biz Şimali Koreya ilə uzun yol qət etmişik…Biz inanılmaz dərəcədə sərt sanksiyalar və digər şeylərdən istifadə etdik. Mən bizim üçün administrasiyadan hər hansı bir şəxs üçün istənilən Çin liderindən çox iş görmüş Çin sədri Si Szinpinə xüsusi təşəkkür etmək istərdim", — deyə Tramp bildirib.