Tramp: "KXDR əleyhinə sanksiyaların ləğvindən şad olacam"

Tramp: "KXDR əleyhinə sanksiyaların ləğvindən şad olacam" Bakı. 31 may. REPORT.AZ/ ABŞ prezidenti Donald Tramp bildirib ki, Birləşmiş Ştatların KXDR əleyhinə sanksiyalarının ləğv edildiyi gün şad olacaq.
Digər ölkələr
31 May , 2018 22:41
Tramp: KXDR əleyhinə sanksiyaların ləğvindən şad olacam

Bakı. 31 may. REPORT.AZ/ ABŞ prezidenti Donald Tramp bildirib ki, Birləşmiş Ştatların KXDR əleyhinə sanksiyalarının ləğv edildiyi gün şad olacaq.

"Report" TASS-a istinadən xəbər verir ki, bu barədə "Reuters" məlumat yayıb.

"Mən bizim sanksiyaları ləğv etdiyimiz və bütün Koreya yarımadası ilə yaxşı münasibətlər qurduğumuz gün çox xoşbəxt olacam", - deyə prezident "Reuters"ə bildirib.

Daha əvvəl "The Wall Street Journal" qəzeti Vaşinqton administrasiyasına istinadən ABŞ-ın KXDR əleyhinə növbəti sanksiyalar paketini qeyri-müəyyən vaxta qədər təxirə saldığını xəbər verib. Bu addım Vaşinqtonla Pxenyan arasında Donald Trampla KXDR lideri Kim Çen Inın ehtimal edilən görüşü ilə bağlı davam edən danışıqlarla əlaqədar atılıb.

Son xəbərlər

Orphus sistemi