Tramp kriptovalyutanı ABŞ-nin milli prioritetinə çevirmək niyyətindədir

Tramp kriptovalyutanı ABŞ-nin milli prioritetinə çevirmək niyyətindədir ABŞ-nin yeni seçilmiş Prezidenti Donald Tramp kriptovalyutanın inkişafının Birləşmiş Ştatların milli prioriteti elan edilməsi ilə bağlı fərman imzalamağı planlaşdırır.
Digər ölkələr
17 Yanvar , 2025 16:06
Tramp kriptovalyutanı ABŞ-nin milli prioritetinə çevirmək niyyətindədir

ABŞ-nin yeni seçilmiş Prezidenti Donald Tramp kriptovalyutanın inkişafının Birləşmiş Ştatların milli prioriteti elan edilməsi ilə bağlı fərman imzalamağı planlaşdırır.

“Report” TASS-a istinadən xəbər verir ki, bu barədə “Bloomberg” agentliyi məlumat yayıb.

Məlumata görə, Tramp bu sahənin inkişafı ilə bağlı dövlət siyasətinin formalaşdırılması üçün kriptovalyuta üzrə məşvərət şurası yaratmağı planlaşdırır. Gələcəkdə kriptovalyuta ilə bağlı məhkəmə təhqiqatlarının (məsələn, Binance kriptovalyuta birjasına qarşı iddia) dayandırılması mümkündür.

Agentlik yazır ki, əlavə olaraq milli kriptovalyuta ehtiyatının formalaşdırılması imkanı da nəzərdən keçirilir.

Son xəbərlər

Orphus sistemi