Tramp koronavirusdan xəbərdar olmasına dair iddiaya münasibət bildirdi

Tramp koronavirusdan xəbərdar olmasına dair iddiaya münasibət bildirdi ABŞ prezidenti Donald Tramp bildirib ki, ölkənin xüsusi xidmət orqanları ona yanvarın son günlərinə qədər koronavirus epidemiyasının miqyası barədə məlumat verməyib.
Digər ölkələr
4 May , 2020 03:10
Tramp koronavirusdan xəbərdar olmasına dair iddiaya münasibət bildirdi

ABŞ prezidenti Donald Tramp bildirib ki, ölkənin xüsusi xidmət orqanları ona yanvarın son günlərinə qədər koronavirus epidemiyasının miqyası barədə məlumat verməyib.

“Report” xəbər verir ki, bu barədə ABŞ prezidenti özünün “Twitter”dəki səhifəsində yazıb.

"Kəşfiyyat indi mənə bildirdi ki, mən haqlı idim və onlar yanvarın sonuna kimi koronavirus mövzusunu qaldırmırdılar. Bu məhz mənim Çindən ABŞ-da girişi qadağan etməzdən əvvəl baş verib", - ABŞ lideri bildirib.

O qeyd edib ki, bundan əvvəl xüsusi xidmət orqanları epidemiyaya ciddi yanaşmayıb.

Apreldə bir sıra mətbuat orqanları xəbər verib ki, ABŞ kəşfiyyatı hələ 2019-cu ilin noyabrında koronavirusun yayılmasından xəbərdar olub, hərçənd Çin yalnız dekabrın sonunda virusun yayılması haqqında bildirib.

Son xəbərlər

Orphus sistemi