Tramp koronavirusa yoluxmuş Boris Consondan danışdı

Tramp koronavirusa yoluxmuş Boris Consondan danışdı ABŞ prezidenti Donald Tramp bildirib ki, Böyük Britaniyanın koronavirusa yoluxduğuna görə xəstəxanaya yerləşdirilmiş baş naziri Boris Consonun xəstəlikdən sağalacağına əmindir.
Digər ölkələr
6 Aprel , 2020 03:28
Tramp koronavirusa yoluxmuş Boris Consondan danışdı

ABŞ prezidenti Donald Tramp bildirib ki, Böyük Britaniyanın koronavirusa yoluxduğuna görə xəstəxanaya yerləşdirilmiş baş naziri Boris Consonun xəstəlikdən sağalacağına əmindir.

Bu barədə “Report” RİA “Novosti”yə xəbər verir.

Ağ Ev rəhbəri xəstəxanaya yerləşdirilmiş baş nazirə sağalma arzulayıb. Tramp əminliyini ifadə edib ki, Boris Conson sağalacaq.

"Mən ümid edirəm və əminəm ki, o, yaxşı olacaq. O, güclü və yaxşı insandır", - Tramp jurnalistlərə deyib.

Son xəbərlər

Orphus sistemi