Tramp koronavirusa yeni adlar təklif edib

Tramp koronavirusa yeni adlar təklif edib ABŞ prezidenti Donald Tramp yeni tip koronavirusun Çində qeydə alınmasına diqqət çəkərək təhlükəli infeksiyanı Uhan və ya Kunq-flyu adlandırmağı təklif edib.
Digər ölkələr
24 İyun , 2020 05:58
Tramp koronavirusa yeni adlar təklif edib

ABŞ prezidenti Donald Tramp yeni tip koronavirusun Çində qeydə alınmasına diqqət çəkərək təhlükəli infeksiyanı "Uhan" və ya "Kunq-flyu" adlandırmağı təklif edib.

Bu barədə "Report" “Daily Mail”ə istinadən xəbər verir.

"Bizdə epidemiyaya qədər hər şey yaxşı idi və epidemiyadan sonra da yaxşı olacaq. Mən (virusa) 19 ad verə bilərəm: "Uhan", "Kunq-flyu" (flu ingilisdə “qrip” - red)”, - deyə Ağ Ev rəhbəri Arizona ştatında seçkiöncəsi mitinqdə deyib.

“Kimsə (yeni koronavirusu) "Çin qripi" adlandırır. Amma biz (pandemiyadan sonra - red) daha güclü olacağıq, nə vaxtsa əvvəlkindən də", - deyə Tramp bir neçə dəfə mitinqdə koronavirusa kontekstində Çinin adını çəkib.

Rəsmi Pekin və Vaşinqton arasında ziddiyyət pandemiya fonunda güclənib. Tramp daha əvvəl də dəfələrlə təkrarlayıb ki, epidemiyanın başlamasına görə Çin Xalq Respublikasını cavabdeh hesab edir. Vaşinqton Pekini virusun mənşəyini və infeksiyanın yayılmasının miqyasları haqqında informasiyanı gizlətməkdə ittiham edir.

Qeyd edək ki, ABŞ koronavirusa yoluxma və ölüm hallarının sayına görə dünyada birinci yerdədir. Birləşmiş Ştatlarda təhlükəli virusa 2 424 168 yoluxma qeydə alınıb. ABŞ-da 123 473 nəfər pandemiyanın qurbanı olub. 

Koronavirus infeksiyası ötən ilin dekabrında Çinin Uhan şəhərində yayılmağa başlayıb. Hazırda virus 213 ölkə və bölgədə qeydə alınıb.

Ümumdünya Səhiyyə Təşkilatı (ÜST) fevralın 11-də infeksiyanın adını COVID-19 qoyub, martın 11-də isə koronavirusu pandemiya elan edib

Son xəbərlər

Orphus sistemi