Tramp: "Koalisiya İŞİD-i Suriyanın bütün ərazisindən çıxarmağa nail olub"

Tramp: "Koalisiya İŞİD-i Suriyanın bütün ərazisindən çıxarmağa nail olub" Bakı. 31 yanvar. REPORT.AZ/ İŞİD terror qruplaşmasına qarşı beynəlxalq koalisiya silahlıları Suriyanın bütün ərazisindən çıxarmağa nail olub.
Digər ölkələr
31 Yanvar , 2018 04:23
Tramp: Koalisiya İŞİD-i Suriyanın bütün ərazisindən çıxarmağa nail olub

Bakı. 31 yanvar. REPORT.AZ/ İŞİD terror qruplaşmasına qarşı beynəlxalq koalisiya silahlıları Suriyanın bütün ərazisindən çıxarmağa nail olub.

"Report" RİA "Novosti"yə istinadən xəbər verir ki, bu barədə ABŞ prezidenti Donald Tramp Konqresə "Ölkənin vəziyyəti barədə" müraciətində bildirib.

Ağ Ev tərəfindən yayılan çıxışda qeyd edilir ki, Ağ Ev rəhbəri bununla yanaşı, qarşıda çox işlərin olduğunu vurğulayıb.

"Ötən il söz verdim ki, müttəfiqlərimizlə İŞİD-i Yer üzündən silmək istiqamətində işləyəcəyik. İndi, bir il sonra, nə vaxtsa İŞİD-in nəzarəti altında olan bütün ərazilərin azad olunmasını xəbər verməkdən fəxr edirəm. Lakin daha çox işlər hələ qabaqdadır", - deyə prezident bildirib.

Qeyd edilir ki, ABŞ İŞİD-in tam məhvinə qədər mübarizəni davam etdirəcək.

Son xəbərlər

Orphus sistemi