Tramp Kimin səhhətindən danışdı: “Ümid edirəm ki, hər şey yaxşıdır”

Tramp Kimin səhhətindən danışdı: “Ümid edirəm ki, hər şey yaxşıdır” ABŞ prezidenti Donald Tramp Koreya Xalq Demokratik Respublikasının (KXDR) Dövlət Şurasının sədri Kim Çen Inın səhhəti ilə bağlı açıqlama verib.
Digər ölkələr
2022
28 Aprel , 2020 03:30
Tramp Kimin səhhətindən danışdı: “Ümid edirəm ki, hər şey yaxşıdır”

ABŞ prezidenti Donald Tramp Koreya Xalq Demokratik Respublikasının (KXDR) Dövlət Şurasının sədri Kim Çen Inın səhhəti ilə bağlı açıqlama verib.

“Report” xəbər verir ki, Ağ Ev lideri keçirdiyi brifinqdə jurnalistlərin Kim Çen Inla bağlı yaxın gələcəkdə dəqiq məlumat ala biləcəklərini söyləyib:

“Sizə dəqiq bir şey deyə bilmərəm. Çox yaxşı bir fikrim var, amma indi bu barədə danışa bilmərəm. Ona yalnız ən yaxşı arzularımı çatdırıram. Ümid edirəm ki, onunla hər şey yaxşıdır. Mən onun hazırda özünü necə hiss etməsindən xəbərdaram. Bu barədə siz yaxın vaxtlarda məlumat ala biləcəksiniz ”. 

Son xəbərlər

Orphus sistemi