Tramp Kim Çen Inla görüşməyə razılıq verib

Tramp Kim Çen Inla görüşməyə razılıq verib ABŞ-KXDR sammiti iyunun 12-də Sinqapurda baş tutacaq
Digər ölkələr
1 İyun , 2018 23:10
Tramp Kim Çen Inla görüşməyə razılıq verib

Bakı. 1 iyun. REPORT.AZ/ ABŞ prezidenti Donald Tramp və KXDR lideri Kim Çen In arasında görüş iyunun 12-də Sinqapurda keçiriləcək.

“Report” TASS-a istinadən xəbər verir ki, bunu cümə günü Vaşinqton Administrasiyasının rəhbəri Ağ evin Oval kabinəsində Şimali Koreyanın Əmək Partiyasının Vahid cəbhə şöbəsinin müdiri Kim Yon Çhol ilə görüşündən sonra deyib.

"Biz iyunun 12-də Sinqapurda görüşəcəyik", - deyə Tramp bildirib.

O əlavə edib ki, KXDR öz nüvəsizləşdirilməsini təmin etmək istəyir, həmçinin KXDR liderinin məktubunu aldığını təsdiq edib və Pxenyan emissarı ilə görüşünü məhsuldar adlandırıb.

Son xəbərlər

Orphus sistemi