Tramp Kim Çen Ina nüvəsizləşmə haqqında vədini xatırladıb

Tramp Kim Çen Ina nüvəsizləşmə haqqında vədini xatırladıb ABŞ prezidenti Donald Tramp bildirib ki, Şimali Koreya lideri Kim Çen Inın düşmənçilik niyyətlərinə inanmır.
Digər ölkələr
8 Dekabr , 2019 19:45
Tramp Kim Çen Ina nüvəsizləşmə haqqında vədini xatırladıb

ABŞ prezidenti Donald Tramp bildirib ki, Şimali Koreya lideri Kim Çen Inın düşmənçilik niyyətlərinə inanmır.

“Report” xəbər verir ki, bu barədə o, özünün "Twitter"dəki səhifəsində yazıb. 

Ağ Ev rəhbəri KXDR liderini nüvə silahından qurtulmağa çağırıb. 

"Kim Çen In çox ağıllıdır və onun itirməyə nəyi isə var, əgər o, düşmən obrazı ilə hərəkət etsə, ümumiyyətlə hər şeyi itirəcək. O, mənimlə nüvəsizləşmə haqqında razılaşmanı imzalayıb. O, ABŞ prezidenti ilə münasibətləri sıfıra endirmək və ya noyabrda prezident seçkilərinə qarışmaq istəmir", - deyə Tramp “Twitter”də yazıb.

Son xəbərlər

Orphus sistemi