Tramp Kim Çen Ina etibar etdiyini bildirib

Tramp Kim Çen Ina etibar etdiyini bildirib Bakı. 24 iyun. REPORT.AZ/ ABŞ prezidenti Donald Tramp Koreya Xalq Demokratik Respublikasının lideri Kim Çen Ina etibar etdiyini bildirib.
Digər ölkələr
24 İyun , 2018 03:38
Tramp Kim Çen Ina etibar etdiyini bildirib

Bakı. 24 iyun. REPORT.AZ/ ABŞ prezidenti Donald Tramp Koreya Xalq Demokratik Respublikasının lideri Kim Çen Ina etibar etdiyini bildirib.

"Report"un məlumatına görə, bu barədə o, TBN telekanalına müsahibəsində bildirib.

"Bəli, düşünürəm ki, mənim ona çox yaxşı münasibətim var. Aramızda yaxşı münasibət yaranıb", - deyə Ağ Ev rəhbəri müsahibəsində bildirib.

Tramp həmçinin əlavə edib ki, sammitin yekunları üzrə ona və Kim Çen Ina Sinqapurda "gözəl razılaşma" bağlamaq nəsib olub.

İyunun 12-də Sinqapurdakı Sentos adasında tarixdə ilk dəfə KXDR-ABŞ sammiti keçirilib.

Son xəbərlər

Orphus sistemi