Tramp: "Kim Çen İn ilə görüş gözləniləndən daha yaxşı keçdi"

Tramp: "Kim Çen İn ilə görüş gözləniləndən daha yaxşı keçdi" Sammitin yekununda sənəd imzalanacaq
Digər ölkələr
12 İyun , 2018 09:22
Tramp: Kim Çen İn ilə görüş gözləniləndən daha yaxşı keçdi
Evan Vucci/ AP
0 : 00
0 : 00

Bakı. 12 iyun. REPORT.AZ/ "Kim Çen İn ilə görüş gözləniləndən daha yaxşı keçdi".

"Report" ABC telekanalına istinadən xəbər verir ki, bunu ABŞ Prezidenti Donald Tramp deyib.

D.Tramp və Kim Çen İn işgüzar yeməkdən sonra gəzinti zamanı növbəti dəfə jurnalistlər qarşısına çıxıblar.

Trampın sözlərinə görə, görüş həqiqətən yaxşı keçib. O, böyük irəliləyiş olduğunu vurğulayıb.

ABŞ prezidenti həmçinin sammitin yekununda liderlərin sənəd imzalayacaqlarını söyləyib.

Son xəbərlər

Orphus sistemi