Tramp Hindistan və Pakistanın liderlərinə öz vasitəçiliyini təklif edib

Tramp Hindistan və Pakistanın liderlərinə öz vasitəçiliyini təklif edib ABŞ prezidenti Donald Tramp bildirib ki, BMT Baş Assambleyasında Hindistan və Pakistan liderlərinə Kəşmir məsələsi ətrafında gərginliyin nizama salınmasında vasitəçiliyini təklif edib.
Digər ölkələr
26 Sentyabr , 2019 02:37

ABŞ prezidenti Donald Tramp bildirib ki, BMT Baş Assambleyasında Hindistan Pakistan liderlərinə Kəşmir məsələsi ətrafında gərginliyin nizama salınmasında vasitəçiliyini təklif edib.

Bu barədə "Report" RİA "Novosti"yə istinadən xəbər verir.

Tramp qeyd edib ki, Nyu-Yorkda Pakistan və Hindistan liderləri ilə ikitərəfli danışıqlar keçirib.

"Biz Kəşmiri müzakirə etdik. Mən öz vasitəçiliyimi təklif etdim. Bu, iki nüvə dövlətidir, onlar həmin məsələni həll etməlidir", - deyə Aö Ev rəhbəri mətbuat konfransında bildirib.

ABŞ lideri vəziyyətin yaxşılaşacağına ümidini ifadə edib.

Son xəbərlər

Orphus sistemi