Tramp Kanadanın baş naziri ilə rus diplomatlarının qovulmasını müzakirə edib

Tramp Kanadanın baş naziri ilə rus diplomatlarının qovulmasını müzakirə edib Bakı. 27 mart. REPORT.AZ/ ABŞ prezidenti Donald Tramp Kanadanın baş naziri Castin Tryudo ilə Rusiyanın Baş Kəşfiyyat İdarəsinin keçmiş polkovniki Sergey Skripalın və qızının zəhərlənməsina cavab olaraq rus diplomatlarının qovulmasını müzakirə edib.
Digər ölkələr
27 Mart , 2018 04:53
Tramp Kanadanın baş naziri ilə rus diplomatlarının qovulmasını müzakirə edib
Uain.press

Bakı. 27 mart. REPORT.AZ/ ABŞ prezidenti Donald Tramp Kanadanın baş naziri Castin Tryudo ilə Rusiyanın Baş Kəşfiyyat İdarəsinin keçmiş polkovniki Sergey Skripalın və qızının zəhərlənməsina cavab olaraq rus diplomatlarının qovulmasını müzakirə edib.

"Report" TASS-a istinadən xəbər verir ki, bununla bağlı Ağ Evin mətbuat ximəti məlumat yayıb. 

Məlumatda qeyd edilir ki, Rusiya bu davranışı ilə bütün dünyada sabitliyi pozan fəaliyyətini nümayiş etdirib.

Martın 26-da ABŞ Rusiyanın 60 diplomatının ölkədən çıxarıldığını bildirib. Onlardan 46-ı Vaşinqtondakı səfirliyin işçisi, 2-i Nyu-Yorkdakı baş konsulluğun nümayəndəsi, daha 12-i isə BMT yanındakı daimi nümayəndəliyin əməkdaşlarıdır. 

ABŞ həmçinin Sietldəki baş konsulluğun bağlandığını bildirib.

Son xəbərlər

Orphus sistemi