Tramp Kaliforniyada meşə yanğınlarından zərərçəkənlərlə görüşəcək

Tramp Kaliforniyada meşə yanğınlarından zərərçəkənlərlə görüşəcək Bakı. 16 noyabr. REPORT.AZ/ ABŞ prezidenti Donald Tramp Kaliforniyaya səfər edərək meşə yanğınlarından zərərçəkənlərlə görüşmək niyyətindədir.
Digər ölkələr
15 noyabr 2018 21:44
Tramp Kaliforniyada meşə yanğınlarından zərərçəkənlərlə görüşəcək

Bakı. 16 noyabr. REPORT.AZ/ ABŞ prezidenti Donald Tramp Kaliforniyaya səfər edərək meşə yanğınlarından zərərçəkənlərlə görüşmək niyyətindədir.

"Report" NBC telekanalına istinadən xəbər verir ki, bu barədə Ağ Evdən bildirilib.

Məlumata görə, bu, noyabrın 17-də baş tutacaq.

"Prezident Tramp şənbə günü Kaliforniyaya gedərək meşə yanğınlarından zərərçəkənlərlə görüşəcək", - deyə telekanal bildirib.

Qeyd edək ki, artıq bir neçə həftdir Kaliforniyada meşə yanğınları davam edir. Son məlumata görə, yanğınlar nəticəsində ölənlərin sayı 58 nəfərə çatıb. 

Son xəbərlər

Orphus sistemi