Tramp indi nə işlə məşğul olur?

Tramp indi nə işlə məşğul olur? “The Washington Examiner”: Tramp Ağ Evi tərk edəndən sonra bahalı klubda qolf oynayıb
Digər ölkələr
22 Yanvar , 2021 17:53
Tramp indi nə işlə məşğul olur?
Donald Tramp

ABŞ-ın keçmiş prezidenti Donald Tramp səlahiyyət müddəti başa çatdıqdan sonra Floridadakı Mar-a-Laqo mülkünə uçub.

“Report” xəbər verir ki, bu barədə “The Washington Examiner” məlumat verib.

Qeyd olunub ki, Floridada keçmiş prezidenti “Evə xoş gəldin” şüarları səsləndirən kütlə qarşılayıb.

Nəşrin yazdığına görə, ertəsi gün “Uest Palm Biç” qolf klubuna, ehtimal ki, Trampı müşayiət edən və pəncərədən içərisi görünməyən 12 avtomobil gəlib.

Xatırladaq ki, Donald Trump ötən ilin noyabr ayında keçirilmiş prezident seçkisində demokrat Cozef Baydenə məğlub olub və yanvarın 20-də Baydenin andiçmə mərasimi keçirilib.

Son xəbərlər

Orphus sistemi