Tramp İspaniyanın baş nazirinə "prezident" deyə müraciət edərək onun adını unudub - VİDEO

Tramp İspaniyanın baş nazirinə "prezident" deyə müraciət edərək onun adını unudub - VİDEO Ağ Ev rəhbəri: "Mənim üçün İspaniya prezidentini qəbul etmək qürurdur"
Digər ölkələr
27 Sentyabr , 2017 23:55
Tramp İspaniyanın baş nazirinə prezident deyə müraciət edərək onun adını unudub - VİDEO

Bakı. 27 sentyabr. REPORT.AZ/ ABŞ prezidenti Donald Tramp İspaniya baş naziri Mariano Raxoy ilə danışıqlardan sonra "Twitter"də onu "prezident" kimi qələmə verərək adını səhv qeyd edib.

"Report" xəbər verir ki, "Mənim üçün İspaniya prezidenti Marianoru Coyanı qəbul etmək qürurdur. Təşəkkür edirik ki, Şimali Koreya rejiminin kəskin təcrid edilməsi istiqamətində səylərimizi dəstəkləyirsiniz", - deyə Ağ Ev rəhbəri qeyd edib.

Eyni hal birgə mətbuat konfransıında da təkrarlanıb. Konfrans zamanı Tramp ispaniyalı siyasətçiyə prezident deyəndə sonuncu təəccüblə ona baxıb. Jurnalistlər suallar verərkən Mariano Raxoya baş nazir desələr də, Tramp yenə buna məhəl qoymayıb. 

Son xəbərlər

Orphus sistemi