Tramp İraq vətəndaşlarının ABŞ-a gəlişinə qoyulan qadağanı aradan qaldıracaq

Tramp İraq vətəndaşlarının ABŞ-a gəlişinə qoyulan qadağanı aradan qaldıracaq Pentaqon və Dövlət Departamenti prezident administrasiyasına bununla bağlı təzyiq göstəriblər
Digər ölkələr
1 Mart , 2017 08:52
Tramp İraq vətəndaşlarının ABŞ-a gəlişinə qoyulan qadağanı aradan qaldıracaq

Bakı. 1 mart. REPORT.AZ/ ABŞ prezidenti Donald Tramp İraqı vətəndaşların Birləşmiş Ştatlara daxil olması, onların müvəqqəti məhdudlaşdırılması ilə bağlı tərtib edilən ölkələrin suyahısından çıxaracaq.

"Report"un məlumatına görə, bu barədə Ağ Evdəki mənbələrə istinadən "Associated Press" xəbər verir.

Məlumata görə, Pentaqon və Dövlət Departamenti Prezident Administrasiyasına bununla bağlı təzyiq göstəriblər. Həmin qurumlar İŞİD terror qruplaşması ilə mübarizədə İraqın əsas rol oynamasına diqqət yetiriblər və Ağ Evdən bununla əlaqədar mövqeyinə yenidən baxmasını istəyiblər.

Qeyd edək ki, bu gün Trampın immiqrasiya haqqında yeni fərman imzalayacağı gözlənilir.

Son xəbərlər

Orphus sistemi