Tramp İranla yeni nüvə sazişi imzalamağı planlaşdırdığını bildirib

Tramp İranla yeni nüvə sazişi imzalamağı planlaşdırdığını bildirib Bakı. 11 may. REPORT.AZ/ Vaşinqton İranın nüvə proqramı üzrə birgə, hərtərəfli fəaliyyət planını yerinə yetirməyi başa çatdırmaq barədə qərara son qoyduqdan sonra Birləşmiş Ştatlar İranla yeni nüvə sazişi imzalamağa ümid edir.
Digər ölkələr
11 May , 2018 04:46
Tramp İranla yeni nüvə sazişi imzalamağı planlaşdırdığını bildirib

Bakı. 11 may. REPORT.AZ/ Vaşinqton İranın nüvə proqramı üzrə birgə, hərtərəfli fəaliyyət planını yerinə yetirməyi başa çatdırmaq barədə qərara son qoyduqdan sonra Birləşmiş Ştatlar İranla yeni nüvə sazişi imzalamağa ümid edir.

"Report" TASS-a istinadən xəbər verir ki, bu barədə ABŞ prezidenti Donald Tramp İndiana ştatında tərəfdarları qarşısında çıxış edərkən deyib.

"Mən ümid edirəm ki, onlarla saziş bağlamaq mümkün olacaq. Bu, onlar üçün yeni, yaxşı, düzgün sövdələşmə olacaq. Amma biz imkan verə bilmərik ki, onlar nüvə silahı əldə etsin", - deyə o bildirib.

"Biz (İranın) bu (nüvə) obyekti yoxlamaq və obyektə düşmək iqtidarında olmalıyıq. Biz onların hərbi bazasına düşmək iqtidarında olmalıyıq ki, sadəcə hər ehtimala qarşı görək ki, bizi aldatmaqla məşğul olurlar, ya yox", - deyə Ağ Ev rəhbəri qeyd edib.

O, əlavə edib ki, yeni razılaşmaların müddəalarını görmək istəyir.

Son xəbərlər

Orphus sistemi