ABŞ prezidenti Donald Tramp İranın raket hücumunun nəticəsinə görə bəyanatla çıxış edəcəyinə söz verib.
“Report”un məlumatına görə, bu barədə Ağ Ev rəhbəri özünün
"Hər şey qaydasındadır! İraqdakı iki hərbi bazaya İrandan raketlər buraxılıb. Zərərçəkənlər varmı, ziyanın miqdarı - indi onun qiymətləndirilməsi gedir. Amma hamı hər şey yaxşıdır. Mən sabah səhər bəyanatla çıxış edəcəyəm", - deyə Ağ Ev rəhbəri “Twitter”də yazıb.

Qeyd edək ki, daha əvvəl İran Silahlı Qüvvələrinin elit bölməsi olan İslam İnqilabı Keşikçiləri Korpusu ABŞ-ın İraqdakı aviabazalarına raket zərbəsi endirib