Yuxarı
    Bağlamaq

    Tramp İranın neft və neft məhsullarına qoyulmuş embarqonun müddətini uzadıb

    ​ABŞ prezidenti bununla yanaşı, vəziyyəti diqqətlə izləməyə söz verib

    Bakı. 18 may. REPORT.AZ/ ABŞ prezidenti Donald Tramp İranın neftin və neft məhsullarına qoyulmuş embarqonun müddətini artırıb.

    "Report" "TASS"a istinadən xəbər verir ki, bu haqda Ağ Evin mətbuat xidməti məlumat yayıb.

    Dövlət başçısı bununla bağlı imzaladığı fərmanda əminliyi ifadə edib ki, dünyada kifayət qədər neft istehsal edən ölkə mövcuddur. Bu, İrandan neft və neft məhsullarının idxalının azaldılmasına şərait yaradır.

    ABŞ prezidenti bununla yanaşı, "vəziyyəti diqqətlə izləməyə" də söz verib. Ancaq Tramp xatırladıb ki, onun administrasiyası indi İran barəsində öz siyasətinin təkrar qiymətləndirilməsini nəzərdən keçirir. Həmçinin İran nüvə proqramı haqqında razılaşma üzrə öhdəliyi də yerinə yetirir. 

    Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

    Xəbər lenti

    Ən azı bir bölmə seçilməlidir

    Bütün xəbərlər


    Orphus sistemi