Tramp İranın neft ixracatına embarqonun müddətini artırdı

Tramp İranın neft ixracatına embarqonun müddətini artırdı ABŞ prezidenti Donald Tramp İrandan neft və neft məhsullarının idxalına qoyulmuş embarqonun müddətini uzadıb.
Digər ölkələr
6 İyun , 2020 01:59
Tramp İranın neft ixracatına embarqonun müddətini artırdı

ABŞ prezidenti Donald Tramp İrandan neft və neft məhsullarının idxalına qoyulmuş embarqonun müddətini uzadıb.

"Report" xəbər verir ki, müvafiq memorandum Ağ Evin mətbuat xidməti tərəfindən yayılıb.

Qeyd edilir ki, qərar ABŞ-ın Energetika Nazirliyinin Energetika İnformasiyası İdarəsinin aprel hesabatı da daxil olmaqla Konqresə məruzələrinin dəqiq müzakirəsindən, xüsusi halda dünyanın iqtisadi şəraitinin mövcud amilləri, müəyyən ölkələrin neft hasilatının artımı, eləcə də digər faktorlar nəzərə alınmaqla qəbul edilib.

Bundan başqa, prezident "vəziyyəti diqqətlə izləməyə" söz verib.

Son xəbərlər

Orphus sistemi