Tramp İranı görünməmiş zərbə ilə hədələyib

Tramp İranı görünməmiş zərbə ilə hədələyib ABŞ prezidenti Donald Tramp İranı rəsmi Tehran tərəfindən qəbuledilməz hərəkətlərin davam edəcəyi təqdirdə görünməmiş güc zərbəsi ilə hədələyib.
Digər ölkələr
22 Oktyabr , 2019 00:34
Tramp İranı görünməmiş zərbə ilə hədələyib

ABŞ prezidenti Donald Tramp İranı rəsmi Tehran tərəfindən "qəbuledilməz hərəkətlərin davam edəcəyi təqdirdə" görünməmiş güc zərbəsi ilə hədələyib.

Bu barədə "Report" TASS-a istinadən xəbər verir.

"Mən müharibələrdən çıxmağa çalışıram, həmçinin ola bilər, bizə müharibələrə daxil olmaq lazım gələcək. Biz nə vaxtsa olduğundan daha yaxşı hazırlaşmışıq. Əgər İran nəsə etsə, ona heç vaxt vurulmadığından (güclü-red) zərbə vurulacaq", - deyə Tramp Ağ Evdə öz kabinetinin iclası zamanı jurnalistlərə bildirib.

ABŞ və İran arasında münasibətlərdə gərginliyin son həddi Səudiyyə Ərəbistanında neft obyektlərinə hücumlarla bağlıdır.

Son xəbərlər

Orphus sistemi