Tramp hesab edir ki, Dəməşq və Moskva Suriyada kimyəvi silaha görə məsuliyyət daşıyırlar

Tramp hesab edir ki, Dəməşq və Moskva Suriyada kimyəvi silaha görə məsuliyyət daşıyırlar Bakı. 12 aprel. REPORT.AZ/ ABŞ prezidenti Donald Tramp hesab edir ki, Suriya hakimiyyəti və Rusiya Duma şəhərində kimyəvi silahın istifadəsinə görə məsuliyyət daşıyırlar.
Digər ölkələr
12 Aprel , 2018 03:37
Tramp hesab edir ki, Dəməşq və Moskva Suriyada kimyəvi silaha görə məsuliyyət daşıyırlar

Bakı. 12 aprel. REPORT.AZ/ ABŞ prezidenti Donald Tramp hesab edir ki, Suriya hakimiyyəti və Rusiya Duma şəhərində kimyəvi silahın istifadəsinə görə məsuliyyət daşıyırlar.

"Report" "RİA Novosti"yə istinadən xəbər verir ki, bu barədə Ağ Evin mətbuat katibi Sara Sanders bildirib.

"Tramp hesab edir ki, Suriya və Rusiya bu hücuma görə məsuliyyət daşıyırlar", - deyə o bildirib. S. Sanders həmçinin qeyd edib ki, ABŞ-ın kəşfiyyat orqanına Suriyadakı kimyəvi silahın hesabı barədə məlumat daxil olub.

Daha əvvəl Rusiyanın Suriyada Barışıq üzrə Mərkəzi həmin ərazidə kimyəvi silahın tətbiqi barədə fakt tapa bilmədiyini bildirib. Mərkəz mütəxəssislərin zəhərləyici maddələrə dair sübut əldə etmədiklərini xəbər verib.

Son xəbərlər

Orphus sistemi