Tramp Fransaya vergiləri aşağı salmağı tövsiyə edib

Tramp Fransaya vergiləri aşağı salmağı tövsiyə edib Bakı. 8 dekabr. REPORT.AZ/ ABŞ prezidenti Donald Tramp Fransa hökumətinə mənasız və son dərəcə qiymətli Paris iqlim sazişinə son qoymağı və ölkədə vergiləri aşağı salmağı təklif edib.
Digər ölkələr
8 Dekabr , 2018 23:32
Tramp Fransaya vergiləri aşağı salmağı tövsiyə edib

Bakı. 8 dekabr. REPORT.AZ/ ABŞ prezidenti Donald Tramp Fransa hökumətinə "mənasız və son dərəcə qiymətli" Paris iqlim sazişinə son qoymağı və ölkədə vergiləri aşağı salmağı təklif edib.

“Report” xəbər verir ki, o bu barədə öz "Twitter" mikrobloqunda yazıb.

"Parisdə olduqca kədərli gün və gecədir. Bəlkə mənasız və son dərəcə qiymətli olan Paris sazişinə son qoymağın və daha aşağı vergilər şəklində pulları insanlara geri qaytarmağın vaxtı çatıb?", - deyə Tramp yazıb.

Bundan əvvəl Parisdə "Sarı jiletlilər"in etiraz aksiyası zamanı 30 nəfər xəsarət alıb.

Son xəbərlər

Orphus sistemi