Bakı. 13 aprel. REPORT.AZ/ ABŞ Suriya prezidenti Bəşər Əsədin ölkədəki münaqişənin sülh yolu ilə həlli üçün mütləq şərt qismində hakimiyyətdən getməsini tələb etməyəcək.
"Report" xəbər verir ki, bunu Donald Tramp "The Wall Street Journal" qəzetinə müsahibəsində deyib.
"Biz bunu təkid edirikmi? Xeyir. Lakin mən düşünürəm ki, bu müəyyən mərhələdə baş verəcək", - deyə Tramp Suriya prezidentinin hakimiyyətdən kənarlaşdırılmasını nəzərdə tutaraq bildirib.
Qəzetin yazdığına görə, Tramp müsahibəsində bildirib ki, dinc Suriyanı Əsədin hakimiyyətdə olması ilə yanaşı təsəvvür etmək qətiyyən mümkün deyil.
"Düşünürəm ki, bunu təsəvvür etmək çətindir. Lakin mən "qeyri-mümkündür" sözünü istifadə etməzdim", - deyə ABŞ prezidenti söyləyib.