Tramp ərzaq təhlükəsizliyinin təminatı haqqında fərman imzaladı

Tramp ərzaq təhlükəsizliyinin təminatı haqqında fərman imzaladı ABŞ prezidenti Donald Tramp ət sənayesi müəssisələrinin işinə köməyə yönəldilmiş yeni fərman imzalayıb.
Digər ölkələr
29 Aprel , 2020 07:18
Tramp ərzaq təhlükəsizliyinin təminatı haqqında fərman imzaladı

ABŞ prezidenti Donald Tramp ət sənayesi müəssisələrinin işinə köməyə yönəldilmiş yeni fərman imzalayıb.

“Report” TASS-a istinadən xəbər verir ki, bu barədə Ağ Evin mətbuat xidmətinin xəbərində deyilir.

Qerd edilir ki, yeni fərman ərzaq təhlükəsizliyi haqqındadır.

"Ərzaq çatdırmaları çərçivəsində mal, donuz və quş əti istehsalçılarının öz öhdəliklərini yerinə yetirməyə davam etmələri zəruridir. Koronavirus pandemiyası bir sıra müəssisələrin gücünün azalmasına gətirib çıxardı", - sənəddə qeyd edilir.

Ərzaq təhlükəsizliyi haqqında fərman Koreya müharibəsi (1950-1953) zamanı qüvvəyə minmiş hərbi təyinatlı məhsul istehsalı haqqında qanun əsasında imzalanıb. Beləliklə, Birləşmiş Ştatlarda ət emalı müəssisələri pandemiya şəraitində işini davam etdirəcək.

ABŞ-da son həftələr ərzində bir sıra ət kombinatları əməkdaşların virusa yoluxması hallarına görə işlərini müvəqqəti dayandırıb. Xüsusi halda Ayova, Cənub Dakota, Minnesota və İllinoys ştatlarında müəssisələr bağlanıb.

Hazırda Birləşmiş Ştatlarda 1 milyondan çox koronavirus xəstəsi var. Ölkədə koronavirusdan 57 mindən çox insan ölüb. 

Son xəbərlər

Orphus sistemi