Tramp Elvis Preslini ölümündən sonra medalla təltif edib

Tramp Elvis Preslini ölümündən sonra medalla təltif edib Bakı. 11 noyabr. REPORT.AZ/ ABŞ prezidenti Donald Tramp mərhum müğənni və aktyor Elvis Preslini ölümündən sonra prezidentin Azadlıq medalı ilə təltif edəcək.
Digər ölkələr
11 Noyabr , 2018 04:13
Tramp Elvis Preslini ölümündən sonra medalla təltif edib

Bakı. 11 noyabr. REPORT.AZ/ ABŞ prezidenti Donald Tramp mərhum müğənni və aktyor Elvis Preslini ölümündən sonra prezidentin "Azadlıq" medalı ilə təltif edəcək.

"Report"un məlumatına görə, bu barədə Ağ Evin mətbuat xidmətindən xəbər verilib.

Ağ Evdən yayılan məlumatda Elvis Preslinin Amerika mədəniyyətini dünyanın bütün pərəstişkarlarına nümayiş etdirdiyi vurğulanır. Qeyd edilir ki, E.Presli ölümündən 40 il sonra da Amerikanın əbədi ikonası olaraq qalır.

Mükafatlandırma mərasimi noyabrın 16-da keçiriləcək.

Son xəbərlər

Orphus sistemi